Rusiyada koronavirusa yoluxanların sayı yenə artdı

12 Mart 2020 22:16

Rusiyada daha 6 nəfərdə koronavirusa yoluxma faktı aşkar edilib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, onlardan 4-ü Moskva, 1-i Kalininqrad, 1-i isə Krasnodar sakinidir. Onların hamısı karantinə alınıb.

Qeyd edək ki, bununla da Rusiyada koronavirus xəstələrinin sayı 34 olub. 

Milli.Az