"Lester"in 3 futbolçusunda koronavirus simptomu tapıldı

12 Mart 2020 22:09

İngiltərənin "Lester" klubunun 3 futbolçusunda koronavirus simptomları aşkarlanıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə "Guardian Sport" məumat yayıb. Adları açıqlanmayan oyunçuların karantində olduğu bildirilib. Koronavirus testi müsbət nəticələnsə, komandanın növbəti oyunu təxirə salınacaq.

Qeyd edək ki, Premyer Liqa rəhbərliyi çempionatın dayandırılmasını nəzərdən keçirir.

Milli.Az