Hindistan özünü karantinə aldı

12 Mart 2020 22:06

Hindistan koronavirusun yayılmasının qarşısını almaq üçün bir neçə kateqoriyadan başqa xarici vətəndaşların ölkəyə girişini bir ay müddətinə dayandıraraq, özünü təcrid edib.

Hökumət cümə günündən etibarən xarici vətəndaşların ölkəyə girişinə qadağa qoyulacağını elan etməsindən sonra "Hindistan özünü karantinə aldı" - deyə, qəzet başlıqlarında yazılıb.

Hindistanın bu addımı Ümumdünya Səhiyyə Təşkilatının ölümcül infeksiyanı pandemiya elan etməsindən sonra "nüvə cavabı" adlandırıldı.

Ciddi ölçülər Hindistanda koronavirusla bağlı narahatlıqlara səbəb olub. Belə ki, 1.3 milyon əhalisi olan bu ölkədə virusun yayılmasına nəzarət etmək çətin ola bilər.

"Hindistan profilaktik yanaşmaya üstünlük verdi. Bizim borcumuz insanların bu əzaba düçar etməmək üçün bu mübarizəni birlikdə aparmaqdır" , Səhiyyə Nazirliyinin xüsusi nümayəndəsi Sanciva Kumar cümə axşamı jurnalistlərə açıqlamasında deyib.

Təsdiqlənmiş 73 yoluxma halı digər ölkələrlə müqayisədə hələ də azdır. Lakin son dörd gündə bu rəqəm iki dəfədən çox artıb.

Milli.Az