Rusiya XİN Azərbayan-Ermənistan sərhədində gərgin vəziyyət barədə

12 Mart 2020 18:17

Təəssüf ki, Azərbaycan və Ermənistan sərhədində, eləcə də qoşunların təmas xəttində atəşkəs rejiminin pozulması halları davam edir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.

O bildirib ki, insidentlər nəticəsində ölənlər və yaralananlar və bununla bağlı həlak olanların yaxınlarına başsağlığını ifadə edib:

"Biz tərəfləri təmkinli olmağa, güc tətbiq etməməyə, danışıqlar prosesini fəallaşdırmağa çağırırıq. Biz bu məsələni izləməkdə davam edəcəyik və bu barədə operativ şərh verəcəyik".

Milli.Az