İrlandiya tədris müəssisələrini bağladı

12 Mart 2020 18:49

İrlandiyada koronavirus epidemiyası ilə əlaqədar bütün tədris müəssisələri martın 29-dək bağlanır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu ölkənin baş naziri Leo Varadkar bildirib.

Qərara əsasən, uşaq bağçaları, məktəblər, kollec və universitetlər sabahdan bağlanır.

Bundan başqa, açıq havada 500-dən, qapalı məkanda 100-dən çox şəxsin iştirakı kütləvi tədbirlər qadağan edilir.

Evdən işləmək imkanı olanlara evdə qalmaq tövsiyə olunub.

Qeyd edək ki, İrlandiyada koronavirusa 43 yoluxma faktı təsdiqlənib, 1 nəfər vəfat edib.

Milli.Az