Karantin Çində boşanmaların sayını artırdı

12 Mart 2020 18:14

Çində yeni növ koronavirusun yayılması evliliklərə də mənfi təsirsiz ötüşməyib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, karantinə alınmış cütlüklər arasında boşanma halları sürətlə artır.

Boşanmaya görə müraciətlərin sayı o qədər çoxalıb ki, rəsmi idarələr martın 18-nə qədər ərizə qəbulunu dayandırıblar.

Qeyd edək ki, Çində koronavirusdan ölənlərin sayı 3172 nəfərə çatıb. Virusa yoluxanlar isə 80793 nəfərdir.

Milli.Az