İranın səhiyyə nazirinin müavini koronavirusdan sağaldı

12 Mart 2020 22:25

İranın Səhiyyə nazirinin müavini İrəc Hərirçi koronavirusdan sağalıb.

Milli.Az medicina.az-a istinadən bildirir ki, bu barədə Səhiyyə naziri Səid Nəmaki bildirib.

Hərirçinin koronavirusa yoluxması fevralın sonunda, COVID-19-un yayılmasına həsr olunan press-konfrans zamanı tez-tez alnını dəsmalla siləndən sonra məlum olub. Bu hadisənin videosu sosial şəbəkə və kütləvi informasiya vasitələrində yayılmışdı.

Milli.Az