Romanın "Fyumiçino" və "Çampino" hava limanları sərnişin termnallarının bir qisminin bağlandığını elan edib.
Milli.Az Day.Az-a istinadən xəbər verir ki, aeroport rəhbərliyi bu barədə qərarı belə əsaslandırıb ki, koronavirusun sürətlə yayılması fonunda İtaliyaya, eləcə də İtaliyadan kənara çox sayda beynəlxalq reyslər təxirə salınıb.
Son məlumata görə, İtaliyada 12 min koronavirusa yoluxma faktı təsdiq edilib, 1045 nəfər sağalıb, 827 nəfər ölüb.
Qeyd edək ki, 2019-cu ilin sonunda Çində başlayan koronavirus epidemiyası hazırda dünyanın 100-dən çox ölkəsini sarıb və bütün dünyada ümumilikdə bu virusa yoluxanların sayı 120 mini, ölənlərin sayı isə 4 mini keçib.
Milli.Az