Paytaxtda piyada keçidləri dezinfeksiya edilir - VİDEO

12 Mart 2020 16:54

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Bakı şəhərində dezinfeksiya işlərinə başlayıb.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında agentliyin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

O bildirib ki, koronavirus (COVİD - 19) infeksiyasının yayılmasının qarşısının alınması ilə məqsədi ilə paytaxtda yerləşən piyada keçidləri dezinfeksiya edilir.

Paytaxt ərazisindəki bütün piyada keçidləri dezinfeksiya ediləcək.

Milli.Az