İspaniyalı nazir koronavirusa yoluxdu

12 Mart 2020 17:39

İspaniyalı nazir İren Monteroda koronavirus aşkar edilib.

Milli.Az Day.Az-a istinadən xəbər verir ki, bu barədə hökumətdən bildiriblər.

Məlumata görə, hazırda nazirin vəziyyəti normal qiymətləndirilir, o və həyat yoldaşı - baş nazirin müavini Pablo İqlesias karantinə yerləşdiriliblər.

Son məlumata görə, İspaniyada 2200 nəfərdə koronavirusa yoluxma faktı təsdiqini tapıb, 55 nəfər ölüb.

Qeyd edək ki, 2019-cu ilin sonunda Çində başlayan koronavirus epidemiyası hazırda dünyanın 100-dən çox ölkəsini sarıb və bütün dünyada ümumilikdə bu virusa yoluxanların sayı 120 mini, ölənlərin sayı isə 4 mini keçib.

Milli.Az