Prezident İlham Əliyev bir sıra dövlət başçılarını təbrik edib - YENİLƏNİB

1 Dekabr 2011 19:29
19:29

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Laos Xalq Demokratik Respublikasının Prezidenti Çoummali Sayasoneyə də təbrik ünvanlayıb. Məlumatı AzərTAc dövlət agentliyi yayıb.

Təbrikdə deyilir: "Hörmətli cənab Prezident, Ölkənizin milli bayramı - Respublika günü münasibətilə Sizi və bütün xalqınızı ürəkdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan ilə Laos arasında təşəkkül tapmış münasibətlərin dostluq və əməkdaşlıq zəminində inkişafı daim xalqlarımızın rifahına xidmət edəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza sülh və firavanlıq diləyirəm".

----------
18:49

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş naziri, Dubay Əmiri Əlahəzrət şeyx Məhəmməd bin Rəşid Al Məktumu da təbrik edib. Məlumatı AzərTAc dövlət agentliyi yayıb.

Təbrikdə deyilir: "Əlahəzrət, Birləşmiş Ərəb Əmirliklərinin milli bayramı münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasındakı dostluq və əməkdaşlıq münasibətləri daim inkişaf edəcək və genişlənəcəkdir.

Sizə ən xoş arzularımı yetirir, qardaş xalqınıza əmin-amanlıq və firavanlıq diləyirəm".

----------
18:43


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti şeyx Xəlifə bin Zayed Al Nəhyana təbrik ünvanlayıb. Məlumatı AzərTAc dövlət agentliyi yayıb.

Təbrikdə deyilir: "Ölkənizin milli bayramı - Müstəqillik günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm. Əminəm ki, ölkələrimiz arasındakı dostluq münasibətlərinin daim möhkəmləndirilməsi, əməkdaşlıq əlaqələrimizin genişləndirilməsi yolunda qarşılıqlı səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik. Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, möhkəm cansağlığı, işlərinizdə uğurlar, Birləşmiş Ərəb Əmirliklərinin qardaş xalqına sülh və firavanlıq diləyirəm".

Milli.Az