Morq işçisi meyiti soydu

12 Mart 2020 16:24

Rusiyanın Sverdlovsk vilayətində morq işçisi meyiti soyub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, 32 yaşlı morq işçisi ölmüş qadının zinət əşyalarını oğurlayıb.

Bundan sonra həmin şəxs qızılları lombarda qoyub.

Qızılların mərhumun qızına məxsus olduğu məlum olub. Oğurluq edən şəxs tutulub və günahını tam etiraf edib. Məhkəmə onun barəsində 10 ay müddətinə həbs qərarı verib.

Milli.Az