Gürcüstan distant iş rejiminə keçir

12 Mart 2020 12:39

Gürcüstan hökuməti koronavirus infeksiyasının yayılması fonunda 24 saatlıq fövqəladə iş rejiminə keçir.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Baş Naziri Georgi Qaxariya açıqlama yayıb. O, vətəndaşları yaşlılara, uşaqlara və bir-birlərinə qayğı göstərməyə, həmçinin mümkün olduqca distant iş rejiminə keçməyə çağırıb.

Qeyd edək ki, Gürcüstanda 24 nəfərdə koronavirus aşkarlanıb. Məktəblər və uşaq bağçaları aprelin 1-dək bağlanıb.

Milli.Az