Milli Kitabxana da bağlandı

12 Mart 2020 12:04

Azərbaycan Milli Kitabxanası koronovirus təhlükəsinin qarşısının alınması məqsədilə bağlanıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə kitabxananın saytında xəbərdarlıq yerləşdirilib. Qeyd edilir ki, martın 11-dən etibarən oxuculara xidmət müvəqqəti dayandırılıb.

Onlayn kitabxanadan istifadə etmək üçün oxuculara saytlar təklif edilib.

Sözügedən linklərlə kitabxananın saytına daxil olaraq tanış ola bilərsiz.

Milli.Az