Çempionlar Liqasında həftənin futbolçusu adına 4 namizəd

12 Mart 2020 12:09

Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına 4 namizəd açıqlanıb.

Milli.Az xəbər verir ki, Marsel Zabitser ("Leyptsiq"), Yosip İliçiç ("Atalanta"), Xuan Bernat (PSJ) və Yan Oblak ("Atletiko") ən yaxşı oyunçu adına namizədlərdir.

UEFA-nın saytında azarkeşlər arasında keçirilən səsvermə nəticəsində qalib müəyyənləşəcək.

Milli.Az