Bakıda 27 yaşlı oğlan küçədə bıçaqlandı

12 Mart 2020 10:59

Bakıda gənc oğlan küçədə bıçaqlanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb. Bakı şəhər sakini 1993-cü il təvəllüdlü İlkin Hüseynov küçədə tanımadığı şəxs tərəfindən bıçaqlanıb.

O ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılaraq əməliyyat olunub, vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az