Ərdoğandan Əsədə sərt xəbərdarlıq - Diqqətlə izləyirik

12 Mart 2020 19:34

Dəməşq Türkiyənin İdlibdəki mövqelərinə hücum etməyə davam edərsə Əsəd rejiminə zərbələr endiriləcək.

Milli.Az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

"Müşahidə məntəqələrimizə ən kiçik hücum olacağı təqdirdə biz cavab verəcəyik. Bizim cavabımız güclü olacaq", - deyə Ərdoğan vurğulayıb.

O əlavə edib ki, Türkiyə rejimin atəşkəs rejiminə riayət etməsini diqqətlə izləyir.

Milli.Az