Şəkinin iki kəndində yanğın olub

12 Mart 2020 09:20

Şəkinin Baş Layıskı və Köbər Zəyzid kəndlərində yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Baş Layıskı kəndində ümumi sahəsi 63 m² olan tövlənin yanar konstruksiyaları və damına yığılan 500 kq ot bağlaması yanıb.

Köbər Zəyzid kəndində isə ümumi sahəsi 45 m² olan yardımçı tikilinin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Hər iki ərazidəki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az