Bakıda gənc oğlanı avtomobil vurub, sürücü hadisə yerindən yayınıb

12 Mart 2020 08:22

Bakının Xəzər rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Qala-Ramana yolunda baş verib.

23 yaşlı Fonpernesdima İqıroviçi minik avtomobili vurub. Sürücü hadisə yerindən yayınıb. Yaralı hadisə şahidlərinin köməkliyi ilə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Ona ağır kəllə beyin travması sol ayaq sümüyünün sınığı diaqnozu qoyulub.

Milli.Az