Çində son gün ərzində koronavirusa 15 yeni yoluxma hadisəsi aşkarlanıb

12 Mart 2020 08:13

Çində yeni növ koronavirusa yoluxanların sayı 80 793 nəfərə çatıb. Onlardan 62 793 nəfəri sağalıb, 3 169 nəfər ölüb. Virusa yoluxanların 4 257 nəfərinin vəziyyəti ağırdır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Çin Xalq Respublikasının Gigiyena və Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi bildirib.

Bildirilir ki, son gün ərzində Çində 11 nəfər koronavirusun qurbanı olub, virusa daha 15 nəfər yoluxub, 1 318 xəstə isə sağalıb.

Milli.Az