İraqda ABŞ-ın hərbi bazası raket hücumuna məruz qalıb

12 Mart 2020 07:25

Amerikanın İraqdakı hərbi bazasına raket zərbələri endirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə koalisiyanın rəsmi nümayəndəsi Mayls Kegins məlumat verib.

Hücum nəticəsində iki amerikalı və bir britaniyalı hərbçi həlak olub. Bundan başqa, koalisiyanın daha 12 döyüşçüsü yaralanıb.

Kegins bildirib ki, hücuma məruz qalan "Kemp-Tac" bazası istiqamətində təxminən 15 kiçik raket buraxılıb.

Milli.Az