Baş Nazir Əli Əsədov Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov ilə görüşüb

11 Mart 2020 21:20

Martın 11-də Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov Türkmənistan Respublikasının Prezidenti Qurbanqulu Berdiməhəmmədov ilə görüşüb.

Nazirlər Kabinetindən Milli.Az-a verilən məlumata görə, hər iki tərəfdən hökumət üzvlərinin də iştirak etdiyi işçi nahar zamanı iki ölkə arasında iqtisadi əlaqələrin indiki vəziyyəti və perspektivləri haqda danışılıb.

Milli.Az