Dünyanın ən iri neft şirkəti hasilatı artıracaq

11 Mart 2020 19:42

Dünyanın ən iri neft şirkəti "Saudi Aramco" neft hasilatını sutkada 12 milyon bareldən 13 milyon barelədək artıracaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, şirkət bu barədə Səudiyyə Ərəbistanının Energetika Nazirliyindən tapşırıq alıb.

Qeyd edək ki, ötən həftə OPEC+ sazişi ilə bağlı razılıq əldə olunmadığı üçün neft qiymətləri 25 faiz ucuzlaşıb. Səudiyyə Ərəbistanı, öz növbəsində, aprelin 1-dən başlayaraq neft hasilatını artıracağını və nefti 20 faiz ucuz satacağını açıqlayıb.

Milli.Az