Bolqarıstanda strateji əhəmiyyət daşıyan obyekt partladı

11 Mart 2020 19:10

Bolqarıstanın Mıqlıj şəhərində yerləşən "Arsenal" hərbi zavodunda partlayış baş verib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, hadisə zamanı üç nəfər xəsarət alıb. Zavodun bir sexinin binası yayarsız vəziyyətə düşüb.

Qeyd edək ki, "Arsenal" zavodu Bolqarıstan milli təhlükəsizliyi üçün strateji əhəmiyyət daşıyan obyektlər sırasındadır.

Milli.Az