Van Qoqun əsəri 15 milyon avroya satıldı

11 Mart 2020 20:59

Niderlandın Maastrixt şəhərində rəssam Vinsent Van Qoqun "Kəndli evi ilə peyzaj" rəsmi 15 milyon avroya satılıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, rəsmi əldə edən şəxsin adı açıqlanmayıb.

Qeyd edək ki. V.Van Qoq bu rəsmi 1885-ci ildə ərsəyə gətirib.

1967-ci ildə hərracda 4 funt sterlinqə satılan əsəri sonuncu dəfə 2001-ci ildə ABŞ vətəndaşı 1,7 milyon dollara almışdı.

Milli.Az