Almaniya klubunun futbolçusu koronavirusa yoluxdu

11 Mart 2020 18:08

Almaniyanın "Hannover" klubunun futbolçusu Timo Hübersdə koronavirus aşkarlanıb.

Milli.Az sportal.az-a istinadən xəbər verir ki, klub saytı 23 yaşlı müdafiəçinin testlərinin müsbət nəticə verdiyini açıqlayıb. Epidemiya alman futbolçuya yaxın dostundan keçib.

Hübers bu mövsüm II Bundesliqada 3 oyun keçirib, 1 qol vurub.

Milli.Az