“Roma” Avroliqa matçı üçün İspaniyaya buraxılmadı

11 Mart 2020 17:35

Martın 12-də Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyununda səfərdə "Sevilya" ilə qarşılaşmalı olan İtaliyanın "Roma" klubu İspaniyaya yollana bilməyib.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin rəsmi "Twitter" səhifəsi məlumat yayıb.

Bildirilib ki, buna İspaniya hökumətinin koronavirusa görə İtaliyadan gələn təyyarələrə eniş icazəsi verməyəcəyini açıqlaması səbəb olub.

Qeyd edək ki, "Sevilya" - "Roma" oyunu Bakı vaxtı ilə 21:55-də start götürməlidir.

Milli.Az