Zeynəb Xanlarovanın konserti təxirə düşdü

11 Mart 2020 16:55

Xalq artisti Zeynəb Xanlarovanın da solo konserti koronavirusa görə başqa vaxta keçirilib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, 18 mart tarixinə planlaşdırılan konsert proqramı 3 mayda baş tutacaq.

"Dünyanın Zeynəbi" adlı konsertin tarixinin dəyişilməsi Zeynəb Xanlarovanın öz qərarıdır.

Milli.Az