Almaniyada kütləvi toplaşmaq qadağan olundu

11 Mart 2020 16:40

Almaniyanın paytaxtı Berlində 1000 nəfərdən çox şəxsin iştirakı ilə kütləvi tədbirlərin keçirilməsi qadağan edilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Berlinin səhiyyə məsələləri üzrə senatoru Dilek Kalaycı deyib.

O bildirib ki, bu qərar virusun yayılmasının qarşısını almaq məqsədilə qəbul edilib.

Qeyd olunur ki, kütləvi toplaşma qadağası gələn ayın əvvəlinədək qüvvədə olacaq.

Bu günədək Almaniyada 1 622 yoluxma faktı təsdiqlənib, 3 nəfər isə virusun qurbanı olub.

Milli.Az