Polşada da məktəblər koronavirusa görə bağlandı

11 Mart 2020 18:28

Polşada koronavirus təhlükəsi səbəbindən bütün məktəb və universitetlər martın 16-dan etibarən iki həftə müddətinə bağlanacaq.

Milli.Az Day.Az-a istinadən bildirir ki, bu barədə ölkənin Baş naziri Mateuş Moravetski bəyan edib.

Son məlumata görə, Polşada 25 koronavirusa yoluxma faktı təsdiqini tapıb.

Qeyd edək ki, 2019-cu ilin sonunda Çində başlayan koronavirus epidemiyası hazırda dünyanın 90-dan çox ölkəsini sarıb və bütün dünyada ümumilikdə bu virusa yoluxanların sayı 110 mini, ölənlərin sayı isə 3 mini keçib.

Milli.Az