Çin mövcud vəziyyətlə bağlı İtaliyaya yardım edəcək

11 Mart 2020 23:18

Koronavirus təhlükəsi Çində azalmağa doğru getdikcə ölkə bu virusdan əziyyət çəkən Avropaya yardım etmək qərarı alıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, sözügedən yardım çərçivəsində Çin İtaliyaya həkimlər komandası və gigiyena vasitələri göndərməklə yanaşı, həm də min ağciyər aparatı və 2 milyon maska ixrac edəcək. Habelə 20 min xüsusi geyim və 50 min virusu aşkarlayan məhlul qabları göndəriləcək.

Sözügedən anlaşma martın 11-də yaxın saatlarda imzalanacaq.

Milli.Az