"Lider"in yayımı bərpa olundu

11 Mart 2020 14:19

"Lider" telekanalının yayımı bərpa olunub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ötən gün gecə saat 22:01-də kanalın yayımı dayandırılmışdı.

Bu gün saat 13:59-da isə "Lider"də yayım yenidən bərpa edilib.

Hazırda kanalda "Mövqe" verilişi yayımlanır.

Milli.Az