Çilinin Santyaqo şəhərindəki mərkəzi hava limanının yük hissəsindən 15 milyon dollar oğurlanıb.
Milli.Az xəbər verir ki, yük bölümünə üzərində hava yolları şirkətinin loqosunun olduğu avtomobillə girən soyğunçular pulları ələ keçirib. Ərazidən uzaqlaşmağa çalışan 7 silahlı soyğunçuya mühafizəçilər müdaxilə etsə də, onların qarşısını almaq mümkün olmayıb.
Məlumata görə, oğurlanan pullar xaricdən gətirilib və əskinazların zirehli texnika ilə dövlət orqanına göndərilməsi nəzərdə tutulub. (publika.az)
Milli.Az