Düşənbədə 30 metr hündürlüyündə səməni ucaldılıb - FOTO

11 Mart 2020 22:58

Düşənbənin mərkəzindəki Dusti meydanında, İsmayıl Somani abidəsinin yanında 30 metr hündürlüyündə səməni ucaldılıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, səməninin diametri isə 16 metrdir. Meydanda Novruz bayramını simvolizə edən bar ağacları, güllər əkilib, Novruz atributları qoyulub.

Martın 1-dən 20-dək Rudaki prospektində "Novruz yarmarkaları-Düşənbə 2020" adlı müxtəlif sərgi və satış yarmarkaları keçirilir.

Bununla belə Tacikistanın Mədəniyyət Nazirliyi elan edib ki, koronavirus təhlükəsi ilə bağlı Novruz şənlikləri məhdud formatda, xalq gəzintiləri olmadan keçiriləcək.

Milli.Az