Sonuncu Çexiya kralının nəvəsi koronavirusa yoluxdu

11 Mart 2020 14:09

Sonuncu Çexiya kralı I Karlın nəvəsi Karl Qabsburq-Lotarinqskinin koronavirusa yolxduğu bildirilib.

Milli.Az Day.Az-a istinadən bildirir ki, fakt rəsmən təsdiq edilib və onun yaxın doslarından biri vasitəsilə bu virusa yolxduğu ehtimal olunur.

Hazırda 59 yaşlı Karl Qabsburq-Lotarinqskinin ev şəraitində karantində olduğu qeyd edilib. O, öz istəyi ilə ailəsindən uzaqlaşaraq Zalsburq şəhəri yaxınlığındakı villada müalicə olunmaq istədiyini bildirib: "Sonunda koronavirus vəba deyil ki. Karantinin nə qədər sürəcəyini isə həkimlər deyəcək".

Milli.Az