Pakistanda qırıcı təyyarə qəzaya uğradı

11 Mart 2020 13:53

Pakistanın paytaxtı İslamabadda F-16 qırıcısı qəzaya uğrayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, təyyarə 23 mart Pakistan milli bayramı ərəfəsində hazırlıq uçuşu həyata keçirirdi.

Qeyd olunur ki, təyyarə qəzaya uğradıqdan sonra yanıb. Hadisə nəticəsində itkilərin olub-olmaması barədə məlumat verilməyib.

Milli.Az