Dünya üzrə koronavirusla bağlı son göstəricilər - ÜST

11 Mart 2020 09:07

Ümumdünya Səhiyyə Təşkilatı koronavirusla bağlı martın 11-na olan son statistik məlumatları və risk göstəricilərini yayımlayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, təsdiqlənmiş yoluxma hallarının sayı artıb.

Belə ki, dünya üzrə yoluxma sayı ümumilikdə 119 ölkə/ərazi üzrə 119 220 nəfərdir. Son yoluxma sayı 297 nəfərdir. Onların içərisində 25-i yeni olmaqla 4299 şəxs artıq ölüb. Bu günə qədər virus infeksiyasından 66 564 şəxsin sağaldığı qeydə alınıb. Statistikaya əsasən, onlardan 1400 nəfər yeni sağalanlardır.

ÜST-ün risk qiymətləndirməsi:

Çində: Çox yüksək

Regional səviyyədə: Çox yüksək

Qlobal səviyyədə: Çox yüksək

Milli.Az