Türkiyədə fabrik işçiləri zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdiriliblər

10 Mart 2020 23:24

Türkiyənin Kocaeli şəhərində bir fabrikin 66 işçisi qida zəhərlənməsi şübhəsi xəstəxanaya yerləşdirilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, işçilərin fabrikdə verilən yeməkdən zəhərləndikləri ehtimal olunur. Hazırda onların vəziyyətinin stabil olduğu bildirilir.

Kocaeli şəhəri Əkinçilik və Meşə Müdirliyi tərəfindən araşdırılmaların aparılması üçün işçilərin yedikləri yeməklərdən nümunələr götürülüb.

Milli.Az