Bakıda yaşayış evi yanıb

10 Mart 2020 22:59

Bakı şəhəri, Yasamal rayonu, Möhsün Qədirli küçəsində evdə yanğın baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, evdə baş vermiş yanğın söndürülüb. Hazırda kiçik tüstülənmə mənbələrinin söndürülməsi məqsədi ilə konstruktiv elementlərin söküntüsü işləri aparılır.

Bildirilir ki, hadisə ilə bağlı əlavə məlumat veriləcək.

Milli.Az