Gürcüstanda koronavirusa yoluxanların sayı artdı

10 Mart 2020 22:28

Gürcüstanda COVİD-19 koronavirusuna yoluxanların sayı 23 nəfərə çatıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə "stopcov.ge" xüsusi hökumət veb-səhifəsində deyilir.

Məlumata əsasən, hazırda 126 nəfər karantində saxlanılır.

Qeyd edək ki, daha əvvəl Gürcüstanda 15 nəfərin COVİD-19 koronavirusuna yoluxduğu bildirilirdi.

Milli.Az