Bakıda minik avtomobili yanıb

10 Mart 2020 21:41

Bakıda yanğın qeydə alınıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, şəhərin Binəqədi rayonunda "Volkswagen" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az