Moskvada keçiriləcək Ağır Atletika üzrə Avropa Çempionatı təxirə salınıb.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Beynəlxalq Ağır Atletika Federasiyası bu ilin aprel ayında Moskvada keçirilməsi nəzərdə tutulmuş Avropa çempionatını koronovirus epidemiyasına görə iyun ayınadək təxirə salıb. Yarışlar iyunun 13-21-də keçiriləcək.
Bundan əlavə Avropa Ağır Atletika Federasiyasının seçki konfransı da təxirə salınıb.
Milli.Az