Rusiya Dövlət Duması Konstitusiyaya dəyişiklikləri qəbul edib

10 Mart 2020 20:54

Rusiya Dövlət Duması Konstitusiyaya dəyişikliklər barədə qanun layihəsini ikinci oxunuşda təsdiqləyib.

Milli.Az Trend-ə istinadən bildirir ki, sənədin qəbul olunması lehinə 382 deputat səs verib.

44 deputat bitərəf qalıb, sənədin əleyhinə səs verən olmayıb.

Qeyd olunur ki, ikinci oxunuşda müzakirələr üçün 400-dək dəyişiklik təklifi daxil olub, onlardan 200 nəzərə alınıb, 175-i isə qəbul edilməyib.

Milli.Az