Google, I/O 2020 tədbirini tarixində ilk dəfə Koronavirusa görə təxirə saldı

12 Mart 2020 22:50

Google, tarixində ilk dəfə 12-14 may tarixlərində Shoreline Amphitheatre Мauntin-Vyu, Kaliforniyada keçiriləcək I/O 2020 tədbirini Koronavirus səbəbi ilə təxirə saldı.

Tədbirə bilet almış iştirakçıların pulları 13 mart tarixinədək tamamilə ödəniləcək və hal-hazırda şirkətdə I/O 2020-də keçirmək istədikləri təqdimatları hansı formada keçirə biləcəklərini müzakirə edirlər.

Qeyd edək ki, hər il keçirilən I/O 2020 tədbirində şirkət ən son texnologiya və məhsullarını təqdim edir. Əsas təqdimat isə Android ƏS-inin yeni versiyasıdır.

Tədbirin tezliklə onlayn şəkildə keçiriləcəyi gözlənilir.

Milli.Az