Huawei-in Y6 smartfonu qadının həyatını xilas etdi

12 Mart 2020 23:40

Mediada tez-tez smartfonların sahiblərinin həyatını xilas etməsi ilə bağlı müxtəlif xəbərlərlə qarşılaşırıq. Buna nümunə olacaq telefonlar siyahısına aşağı büdcəli Huawei Y6 smartfonunu da əlavə etmək olar.

Milli.Az ted.az-a istinadən bildirir ki, sözügedən smartfon 42 yaşlı ingilis qadının "qəhrəmanına çevrilib".

Bek Makdermott adlı qadın evdə tək olarkən pilləkəndən yıxılıb və 3 gün müddətinə huşsuz vəziyyətdə qalıb. 3 gündən sonra özünə gələn qadın ayaqlarını tərpədə bilməyib.

Rabdomyoliz xəstəliyindən əziyyət çəkən Bek yaxınında düşən telefonu götürüb və təcili yardım çağırıb: "Bu, həyatımda ən dəhşətli hadisə idi. İnana bilmirəm ki, hələ də sağam. Əgər bu telefon olmasaydı, əsla sağ qala bilməzdim. Telefonumu götürəndə qorxdum ki, o sına və ya sönə bilər. Lakin smartfon 50% enerji saxlamış və sınmamışdı".

Maraqlıdır ki, Bek Huawei Y6-dan əvvəl 4 dəfə baha olan iPhone 6 işlədib

Milli.Az