Asiyanın ən varlı insanı dəyişib

11 Mart 2020 07:41

Çinin "Alibaba" kompaniyasının qurucusu Cek Ma Asiyanın ən varlı insanı olub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Hindistanın "Reliane Industries" holdinqinin sahibi Mukeşa Ambani neft qiymətlərinin kəskin ucuzlaşmasından sonra Asiyanın ən varlı insanları siyahısında ikinci yerə enib. Agentlik Cek Manın varidatını 44,5 milyard dollar həcmində qiymətləndirib ki, bu da Ambaninin sərvətindən 2,6 milyard dollar çoxdur. Ambani sutka ərzində 5,8 milyard dollar, Cek Ma isə 1 milyard dollar itirib.

Əsası 1999-cu ildə Cek Ma tərəfindən qoyulan "Alibaba" Çinin ən iri internet kompaniyasıdır. Qrup Alibaba Pictures, Alibaba.com, AliExpress.com, Taobao.com, Tmall.com kimi bir neçə törəmə kompaniyanın və internet platformanın da sahibidir.

Milli.Az