Türkiyədən Azərbaycana məşğulluq məqsədilə səfər edənlərin sayı azalıb

10 Mart 2020 18:16

2020-ci ilin yanvar-fevral aylarında Türkiyədən Azərbaycana məşğulluq məqsədilə səfər edənlərin sayı azalıb.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Türkiyənin Məşğulluq Xidməti Baş İdarəsindən (İŞKUR) bildiriblər.

Statistikaya əsasən, hesabat dövründə Türkiyədən Azərbaycana iş axtarmaq üçün gələnlərin sayı 2019-cu ilin yanvar-fevral ayları ilə müqayisədə 80 faiz azalıb.

İdarədən qeyd ediblər ki, bu dövr ərzində Azərbaycana iş tapmaq üçün 1 Türkiyə vətəndaşı səfər edib.

Ümumilikdə, hesabat dövründə 3 046 nəfər Türkiyə vətəndaşı iş tapmaq üçün xaricə səfər edib. Bu, 2019-cu ilin yanvar-fevral ayları ilə müqayisədə 8,3 faiz çoxdur.

Milli.Az