Nokia-nın yeni smartfonları bu tarixdə təqdim ediləcək

12 Mart 2020 21:45

Dünyanın aparıcı telefon istehsalçılarından olan Nokia-nın yeni smartfonlarının təqdimatına sayılı günlər qalıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, yeni smartfonların martın 19-da nümayiş olunacağı gözlənilir.

Londonda keçiriləcək tədbirdə fərqli səviyyələrdəki telefonları ilk dəfə görməyimiz üçün şərait yaradılacaq.

Tədbirdə Nokia 8.2 modelinin 5G ilə təqdimatı da gözlənilir.

Milli.Az