HƏMAS tərəfindən İsrailə kiberhücum edilib

12 Mart 2020 21:15

İsrail ordusu Fələstinin HƏMAS qurplaşması tərəfindən edilən kiberhücumun qarşısını alıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, bu haqda İsrail Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat yayılıb.

Məlumata görə, hakerlər sosial şəbəkələrdəki cazibədar qadın şəkilləri ilə hərbçilərin mobil nömrələrini ələ keçirməyə cəhd ediblər: "Bu zaman onlar qadın səslərindən istifadə edərək, "Virus agent" adlandırılan zərərli proqramları hərbçilərin telefonuna yükləməyə çalışıblar. Sözügedən proqram uzaq məsafədən şəkil çəkməyə qadirdi".

Milli.Az