Əməkdar artist qeyri-rəsmi nikahdan DOĞULUB - Atası ETİRAF ETDİ - FOTO

10 Mart 2020 15:01

"Atam evlənəndə 17, anamın da 15 yaşı olub".

Milli.Az xəbər verir ki, bu açıqlamanı "Şou ATV"-nin efirində Əməkdar artist Mətanət İsgəndərli edib.

57 yaşlı müğənninin özü ilə birgə verilişə gətirdiyi atası Məhəmmədəli İsgəndərli isə şəxsi həyatı ilə bağlı ilk dəfə etdiyi bu etirafı ilə diqqət çəkib:

"İki uşaqdan sonra rəsmi nikah bağlamışıq (gülür)". 

Əməkdar artist atasının sözünü təsdiq edib.

Xatırladaq ki, Mətanət İsgəndərli 4 qız övladın doğulduğu ailənin böyük uşağı olub.

Məhəmməd Vaqif
Milli.Az